Azərbaycanın üç cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal qazana bilər.
“İnterpress.az”ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev, 100 kq-dakı Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidəki İmran Yusifov medal görüşünə qatılacaqlar.
Onlar müvafiq olar Türkiyə təmsilçisi Mixael Zqank, xorvatiyalı Zlatko Kumriç və qazaxıstanlı Yerassul Kazhubayevlə üz-üzə gələcəklər.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.