Braziliyada aksiya zamanı 72 nəfəri ildırım vurub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli “G1” portalı məlumat yayıb.
Braziliyada kütləvi aksiya zamanı bədbəxt hadisə baş verib. İldırım mitinqçilərdən ibarət izdihamın üzərinə düşüb, nəticədə 72 nəfər xəsarət alıb.
Hadisə ölkənin paytaxtında, keçmiş prezident Jair Bolsonaruya dəstək aksiyası keçirilən zaman qeydə alınıb.
Məlumata görə, yaralılardan 29 nəfərində yanıq xəsarətləri müşahidə olunub – onlarda əsasən əl və qarın nahiyələri yanıb.
Hadisə nəticəsində ölən olması barədə məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az






