Braziliyada UĞURSUZ SOYĞUN: Qadınlara hücum edən oğru reanimasiyalıq oldu – VİDEObackend

Braziliyada UĞURSUZ SOYĞUN: Qadınlara hücum edən oğru reanimasiyalıq oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada soyğunçu qadına hücum edərkən reanimasiyalıq olub.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Braziliyada cinayətkar satıcı qadını soymaq istəyərkən gözlənilməz müqavimətlə üzləşib və nəticədə reanimasiyaya düşüb. Məlumata görə, kişi soyğunçuluq üçün xüsusi olaraq qadınların işlədiyi mağazaları hədəf seçirmiş.

Lakin bu dəfə onun hesabı səhv çıxıb. Mağaza əməkdaşları ona fiziki müqavimət göstərərək zərbələr endiriblər və qışqıraraq ətrafdakıların diqqətini cəlb ediblər.

Hadisə yerinə toplaşan yoldan keçənlər oğrunu tutaraq döyüblər.

Cinayətkar aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az