Kazanda keçiriləcək BRİCS sammiti zamanı köhnə avtomobilləri olan vətəndaşlardan onları “gizlətmək” tələb olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Kazan mediası məlumat yayıb. Köhnə avtomobil sahiblərindən paslı və çirkli maşınlarla şəhərə gəlməmələri xahiş olunub.
Maşınların qarajlarda qalması təklif olunur. Əgər belə bir şey yoxdursa, o zaman həyətlərdə saxlanması tələb olunub.
Yerli media yazır ki, insanlardan işə ictimai nəqliyyatla getmələri xahiş olunur. Belə şərtlər irəli sürən müəssisələrin adları verilmir.
Xuraman Etibarlı
İnterpress.az