Britaniya Argentinanın silah embarqosu iddialarını RƏDD ETDİbackend

Britaniya Argentinanın silah embarqosu iddialarını RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Argentinanın silah embarqosu iddialarını rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Böyük Britaniya hökuməti Folklend müharibəsindən bəri Argentinaya tətbiq edilən silah satışına qoyulan qadağanın ləğvi ilə bağlı danışıqlar aparıldığı barədə xəbərləri təkzib edib.

Argentina Prezidenti Xavyer Miley rəsmi Londonla bu məhdudiyyətlər barədə danışıqlara başladıqlarını iddia edib.

O, ölkəsini “dünya hərbi gücünə” çevirmək istədiyini və adaların diplomatik yolla geri qaytarılmasını arzuladığını bildirib. Lakin Britaniya hökumətinin sözçüsü bu iddiaları rədd edib.

Rəsmi açıqlamada bildirilir ki, Folklend adalarının suverenliyi müzakirə mövzusu deyil və 2013-cü ildə keçirilən referendumda sakinlər Britaniyanın tərkibində qalmağı seçiblər.

Həmçinin silah embarqosunun yumşaldılması ilə bağlı heç bir danışıq aparılmadığı vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az