Britaniya kəşfiyyatı: Rusiya təyyarələri İrandan tonlarla qızıl daşıyır – Rejim qaçmağa hazırlaşır?backend

Britaniya kəşfiyyatı: Rusiya təyyarələri İrandan tonlarla qızıl daşıyır – Rejim qaçmağa hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya yük təyyarələri İrandan külli miqdarda qızıl daşıyır.

İnterpress.az xəbər verir ki, Böyük Britaniya parlamentində İrandakı son vəziyyətlə bağlı sensasion iddialar səsləndirilib.

Məlumata görə, britaniyalı deputat Tom Tugendhat kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Rusiya yük təyyarələri Tehrana silah və sursat gətirir, geri qayıdarkən isə külli miqdarda qızıl aparır.

Qızılların İranın Ali dini rəhbəri Əli Xameneiyə məxsus olduğu iddia edilir.

Deputat hökumət rəsmilərinə müraciət edərək, bu prosesin İran rejiminin “hakimiyyət devrildikdən sonrakı həyata hazırlıq” olub-olmadığını soruşub.

Nazirlik rəsmisi Hemiş Falkoner isə cavabında dəqiq detalların olmadığını bildirsə də, İran xalqının etiraz hüququnun toxunulmaz olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az