Britaniyalı satirik və aktyor Con Börd vəfat edibbackend

Britaniyalı satirik və aktyor Con Börd vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəsində komediya televiziya proqramlarına çəkilməklə tanınan britaniyalı satirik və aktyor Con Börd 86 yaşında vəfat edib.

Bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Byord 1960-cı illərdən, Birləşmiş Krallıqda satiranın yüksəldiyi vaxtdan Britaniya televiziyasının ən tanınan simalarından biri olub. O, müasir britaniyalılara 1999-2008-ci illərdə Dördüncü TV kanalında yayımlanan “Bremner, Börd və Forçun” komediya proqramı ilə tanınır. Proqrama əsas iştirakçıların – Bördun özü, Rori Bremner və Con Forçunun adları verilib.

Aktyorlar 1997-ci ildə mükafatlandırıldıqları Britaniya Kino və Televiziya Sənəti Akademiyasına bir neçə dəfə namizəd olublar.