Bu cür mahnıları savadı olmayan adamlar dinləyir“ – Qalmaqalbackend

Bu cür mahnıları savadı olmayan adamlar dinləyir“ – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə ildir  ki, cəmiyyətimizi “bayağı mahnılar” problemi narahat edir. Bu barədə müzakirələr şəxsi söhbətlər səviyyəsindən tutmuş, mətbuat, sosial şəbəkələrə qədər geniş bir müstəvidə davam etməkdədir.

Sosial şəbəkələrdə yayılan görüntülərdən Kaliforniyada yerləşən Mall-lardan birində, Türkiyədə, Özbəkistanda Üzeyir Mehdizadənin musiqilərinin səsləndiyini görmək mümkündür.  

Bəs Azərbaycanda rəğbət qazana bilməyən bu cür musiqilərin belə geniş miqyasda kütləviləşməsi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış bəstəkar, Əməkdar artist Elza Seyidcahan bu tendensiyanı bəlli bir dinləyici kütləsinin musiqi savadsızlığı və əlaqələndirib:

“Bu tip mahnılara daha çox qulaq asılması savadsızlıqdan irəli gəlir. Elə insanlar var ki, başı pul qazanmağa qarışıb, elmə, savada, klassik musiqiyə fikir vermir. İnsanlar fərqli olur, kimi pul, kimi elm qazanır. Musiqini dərk edən insanlar tam başqadır, onlar bayağı, ara mahnılarına qulaq asmırlar. Hamısı savadsızlıqdan irəli gəlir. Mən hər kəsin zövqünə hörmətlə yanaşıram, amma burada söhbət musiqi savadından gedir. Musiqi savadı olmayan insanlar belə şeylərə qulaq asa bilirlər. Hər sahənin savadı var, hətta mətbəxin də savadı var. Bu işi bilənlər, yeməkləri, süfrəni gözəl hazırlayırlar. Bu gün bizim milli-adət ənənələrimiz gözəl şəkildə qorunur, Qarabağımızda da adətlərimiz qorunur, dövlət başçımız, onun xanımı bu ənənələri üfürə-üfürə qoruyur”.

Sənətçi qeyd edib ki,  hər kəs öz mənəvi və intellektual səviyyəsinə uyğun mahnı dinləyir:

“Biz də çalışıb musiqimizi qorumalı, keyfiyyətli musiqiləri xaricdə tanıtmalıyıq. Musiqi bizə dədə-babalarımızdan miras qalıb, onu qorumalıyıq. “Sarı gəlin” mahnısına görə, görün nə qədər müzakirələr, mübahisələr getdi. Sonda dövlətimiz bütün dünyada təsdiqlədi ki, “Sarı gəlin” bizim xalq mahnımızdır. Mən bu haqda bəstəkar kimi çox danışa bilərəm, amma ara musiqilərinə vaxt ayırmaq istəmirəm və görüləsi işlərim çoxdur. İynə ucu qədər musiqidən anlayan, musiqi savadı olan insan o tip bayağı musiqiləri dinləməz, dinləyə bilməz. Dinləsə, məhv olar. Necə ki, 30 ildir işğal olunan torpaqlarımız mənfur düşmənin əlindən alındı, Allahdan arzu edirəm ki, eləcə də musiqini məhv edən insanların əlindən musiqi alınsın. Kaş elə bir qərar çıxsın ki, musiqimizi uçuruma aparan insanlar elə öz yerlərində qalsınlar, tanınmasınlar. Burada günah bəzi insanlardadır ki, reytinq xətrinə onları efirlərə çıxarırlar”.