Bu gün ermənilər Ermənistandakı Belarus səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bir qrup erməni bu gün saat 12:00-da Kotayk rayonunun Arınc kəndindəki Belarus səfirliyinin qarşısına toplaşaraq Belarusun “bədnam diktatoruna” onun son bəyanatları ilə bağlı mövqelərini çatdırmaq qərarına gəlib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko bir gün əvvəl “Rossiya” telekanalına müsahibə verib və yenə “yararsız” erməniləri xatırlayıb.
“Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı bu Ermənistanı unudacaq”, – Lukaşenko bildirib.
Xuraman Etibarlı
İnterpress.az