İranda Beynəlxalq Qüds Günü ilə əlaqədar bir çox əyalətlərdə kütləvi yürüşlər keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi İRİB məlumat yayıb.
Yürüşdə İran prezidenti Pezeşkian, xarici işlər naziri Əraqçi, parlamentin sədri Qalibaf və digər yüksək rütbəli rəsmilər də iştirak ediblər.
Beynəlxalq Qüds Günü “Fələstinin müstəqillik uğrunda mübarizəsi ilə həmrəylik günü”dür.
1979-cu ildə Ayətullah Xomeyni tərəfindən təsis edilib. Ramazan ayının sonuncu cümə günü qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az