Bu gün Türkiyənin Konstitusiya Məhkəməsinə yeni sədr seçiləcəkbackend

Bu gün Türkiyənin Konstitusiya Məhkəməsinə yeni sədr seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyənin Konstitusiya Məhkəməsinə yeni sədr seçiləcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, hazırkı sədr Zühtü Arslanın səlahiyyət müddəti fevralın 13-də başa çatdığı üçün bu gün yeni sədr seçkiləri keçiriləcək.

Konstitusiya Məhkəməsinin üzvləri yeni sədri gizli səsvermə yolu ilə müəyyən edəcəklər. Yeni sədr üzvlərin mütləq səs çoxluğu ilə 4 il müddətinə seçilir.

Namizəd sədr seçilmək üçün 15 üzvdən 8-nin səsini almalıdır.

Səlahiyyət müddəti başa çatan prezident də təkrar seçilmək üçün namizəd ola bilər.

Z.Arslan iki dəfə prezident seçilib.

Zühtü Arslan ilk dəfə 10 fevral 2015-ci ildə Ali Məhkəmənin sədrliyinə seçilib.

Səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən namizəd olan Arslan 25 yanvar 2019-cu ildə keçirilən seçkidə səslərin mütləq əksəriyyətini toplayıb.

Zühtü Arslanın ikinci 4 illik səlahiyyət müddəti 13 fevral 2019-cu ildə başlayıb.