Bu şəxs Azərbaycanın Ermənistanda İLK SƏFİRİ olacaq” – Qazaryanbackend

Bu şəxs Azərbaycanın Ermənistanda İLK SƏFİRİ olacaq” – Qazaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan hökumətinin qatı müxalifi, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan Təhlükəsizlik Şurasının hazırlı katibi Armen Qriqoryanı hədəf alıb.

Edqar Qazaryan Armen Qriqoryanın Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu haqda son açıqlamarına kəskin reaksiya göstərərək Təhlükəsizlik Şurasının sədrini Azərbaycanın maraqlarına uyğun davranmaqda ittiham edib: ““Armen Qriqoryan çox güman ki, yeni vəzifəyə keçəcək. növbəti mərhələdə Ermənistanda Azərbaycanın Ermənistandakı səfirliyi açılmalıdır. Ermənistan ərazisində Azərbaycan sərhəd-keçid məntəqəsinin açılması hüquqi nəticələrə səbəb olacaq. Sərhəd buraxılış məntəqəsinin əsas funksiyası keçən şəxslərin sənədlərini yoxlamaq, onların məlumatlarını düzəltmək və nəzarət etməkdir. Aydındır ki, Ermənistanın bu hissəsində bu məntəqədən keçənlər pasportlarını Azərbaycanın sərhəd xidmətinin əməkdaşlarına təqdim etməli olacaqlar.

Ermənistan vətəndaşlarının yolun bu hissəsi ilə hərəkət etməsi üçün onların Azərbaycan vizası olmalıdır. Bunun üçün Ermənistanda səfirliyin, bir sıra başqa şəhərlərdə isə Azərbaycanın konsulluqlarının açılması lazımdır. Hazırda Azərbaycanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə ən mühüm iddiaçı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ola bilər. Yeri gəlmişkən, onun bu vəzifəyə təyinatı ilə bağlı heç bir hüquqi problem olmayacaq, çünki o, azərbaycanlıların özlərininki hesab etdiyi Qarabağın Martuni (Xocavənd) rayonunda anadan olub”.