Bütün ermənilərin Katolikosunun qardaşı oğlunun həbs müddəti UZADILDIbackend

Bütün ermənilərin Katolikosunun qardaşı oğlunun həbs müddəti UZADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün ermənilərin Katolikosunun qardaşı oğlunun həbs müddəti uzadılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bütün ermənilərin Katolikosunun qardaşı oğlu, yepiskop Mkrtıç Proşyanın həbs müddəti daha bir ay artırılıb.

Bununla yanaşı, məhkəmə onun üzərindəki bütün məhdudiyyətlərin, xüsusilə də görüş qadağasının ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Araqatsotn еparxiyasının rəhbəri olan Proşyan oktyabrın 15-də digər 12 din xadimi ilə birlikdə saxlanılıb.

Ertəsi gün məhkəmə onu din xadimlərini müxalifətin mitinqlərində iştiraka məcbur etmək ittihamı ilə iki ay müddətinə həbs edib.

Ötən ilin dekabr ayının əvvəlində onun həbs müddəti artıq 2 ay uzadılmışdı.

Xuraman Etibarlı

İnterpress.az