Camal Yangın: “Qarabağ Azərbaycanın biznes mərkəzinə çeviriləcək”backend

Camal Yangın: “Qarabağ Azərbaycanın biznes mərkəzinə çeviriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirir?

-Türkiyə-Azərbaycan arasındakı münasibətlərin tarixi kökləri var. Biz bütün işlərimizi bu tarixi köklərin üzərinə qururuq. Ümumilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycanla Türkiyə “Bir millər iki dövlətdir”. Bu ifadəni əsas götürərək Türkiyənin Azərbaycanda fəaliyyət göstərən iş adamları buranı özlərinə vətən seçiblər. Mən 32 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkənin iqtisadiyyatına töhfə verdiyimə görə çox şadam. Lakin Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər istədiyimiz səviyyədə deyil. Hər iki ölkənin prezidentləri iş adamlarının qarşısına hədəf qoyublar ki, 2023-cü ilə qədər illik ticarət dövriyyəmiz 15 milyard ABŞ dolları dəyərində olsun. Bu gün biz bu hədəfə çatmamışıq. Lakin bu hədəfə nail olmaq mümkündür. Bu hədəfə çatmaq üçün təkliflərimizi Azərbaycan hökumətinin müvafiq dövlət qrumlarına göndərmişik. Ticarət dövriyyəmizi 15 milyard ABŞ dollarına çatdırmaq üçün bizə lazım olan bəzi qanuni dəyişiklər var, bu qanuni dəyişiklikləri həm Türkiyə, həm də Azərbaycan tərəfi etməlidir ki, iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard ABŞ dolları dəyərində olsun.

-Türkiyənin iş adamları Azərbaycanda uzun illər işləyirlər, ölkənin iqtisadiyyatına töhfə verməklə yanaşı rəqabətetmənin formasını Azərbaycana gətiriblər. Azərbaycanda 25-27 ildir ki, bazar iqtisadiyyatı tətbiq edilir. Bununla yanaşı, Türkiyədə olan Azərbaycan kapitallı şirkətlərin sayı çoxdur. Həmin şirkətlər çoxlu sayda investisiyalar həyata keçiriblər, böyük işlər görürlər. Tikinti, hotel, infrastruktur layihələri icra edirlər. Biz istəyirik ki, Azərbaycandan Türkiyəyə gedənlər çox rahat işləsinlər, həmçinin Türkiyədən Azərbaycana gələn iş adamları rahat fəaliyyət göstərsinlər. Biz iş adamları assosyasiyası olaraq məqsədimiz budur ki, Azərbaycana gələn iş adamlarına yol göstərmək, Azərbaycanın iş ab-havasını onlara izah etməkdir. İstəyirik ki, qarşılıqlı olaraq biz ticarət əlaqələrimizi, iqtisadiyyatımızı gücləndirək.

-Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dolları dəyərində olması üçün bəzi qanuni dəyişikliklərin vacib olduğunu qeyd etdiniz. Bu hansı dəyişikliklərdir?

-Ölkələr arasında ticarət dövriyyəsinin artımında mal və xidmətin azad dövriyyəsi mühüm rol oynayır. Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi imzalanıb. Lakin bu saziş ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa bəs etmir. Sərbəst ticarət razılığı əldə edilməlidir. Buna nail olsaq prezidentlərimizin tapşırığına yaxşınlaşa bilərik. Sərbəst ticarət razılığının əldə edilməsi ilə bağlı dövlətlərin iradəsi var. Preferensial Ticarət Sazişinin inkişaf etdirilməsi səbəst ticarətin tətbiqi deməkdir. Qardaş dövlətlərlər arasında gömrük, rüsüm, icazələrin aradan qalxması lazımdır. Sərbəst ticarət rejiminin tətbiqi Azərbaycanın və Türkiyənin iqtisadiyyatlarına töhfə verəcək. Biz mövcud vəziyyətdə dayanmayaq, iqtisadiyyatımızı daha da irəliyə aparaq. Bunun isə yolu bir-birimizə qarşılıqlı yatırımları artırmaqdır. Yəni, Azərbaycanda daha çox fabrika, iş yeri quraq, daha çox adam iş yerləri ilə təmin edilsin. Bu gün inkişaf etmiş ölkələrin belə əsas problemi iş həyatı ilə bağlıdır. Ona görə də hər kəsin işi olmalıdır.

-Azərbaycanın MDB ölkələri ilə əldə etdiyi razılığa görə, bu ölkələrlə ticarətdə ancaq ƏDV ödənilir. Lakin Türkiyə ilə ticarətdə həm ƏDV, həm də idxal rüsumu ödənilir. Bu isə ölkəyə gətirilən məhsulların qiymətinə təsir edir. Ona görə də Türkiyədən gətərilən məhsullar 15 faiz rüsuma cəlb edilir. Məqsədimiz ticarətlə bağlı razılıqda gömrük rüsumunun ya sıfır, ya da sıfıra yaxın olmasıdır. Bu zaman bizim ticarətimizin dəyəri artacaq. Dövlətlərarası razılıq çox vacib məsələdir.

-Qarabağda biznes qurmaq istəyən Türkiyə şirkətləri varmı?

-Biz hər zaman demişik ki, Qarabağ Azərbaycandır. Deyirik ki, Qarabağda iş qurmaq istəyənlər mənfəətlərini düşünməməlidirlər. İş adamlarına deyirik ki, azad edilmiş ərazilərə köçən insanlara torpağında işlə təmin etməlisiniz. Əsas arzumuz bundan ibarətdir. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə binzes fəaliyyəti ilə bağlı bizə göstəriş verməyib. Ona görə ki, azad edilmiş ərazilərin Baş planları, müfəssəl planları hələ hazır deyil. Hazırda azad edilmiş ərazilərdə infrastruktur layihələri icra edilir. Fabriklər, müəssisələrin tikintisi üçün hələ vaxt var. Qeyd etdiyim kimi həmin ərazilərin Baş Planları, müfəssəl planları hələ hazır deyil. Azərbaycan 30 il ərzində müharibə şəraitində olub, lakin inkişaf edən ölkədir, inkişafın tempini hər il artırır.

-Qarabağda 4 böyük aparıcı şirkətimiz fəaliyyət göstərir. Onlardan biri ATİB-in İdarə Heyətinin üzvü olan “Kolin İnşaat”dır, bu şirkət 2006-cı ildən bəri Azərbaycanda çalışır və azad edilmiş ərazilərdə körpü və yol tikntisi ilə bağlı işlərdə önəmli şirkətlərdən biridir. “Kolin İnşaat” Qarabağda “Zəfər Yolu”nu inşa edib. Həmçinin, “Kolin İnşaat” azad edilmiş ərazilərdə dəmir yolu layihələrində iştirak edir.

-Türkiyə şirkətlərinin “Araz Vadisi İqtisadi Zonası”na, “Ağdam Sənaye Parkına maraqları varmı?

-Müharibədən əvvəl Ağdamda olmuşam. Ağdamın icra başçısı ilə görüşmüşdüm, biznes üçün yer istəmişdim. Hətta orda belə bir ifadə səsləndirdim ki, bizə sərhədin o biri tərəfində yer versinlər. Bu hadisədən iki ay sonra Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri Ağdamı tamamilə işğaldan azad etdi.

-Qarabağda keçmişdə həyata keçirilən biznes layihələrinə, biznes mühiti nəzərdən keçirilir. Ağdamda daha çox dərçilik biznesi məşhur olub. Biz bununla bağlı Ağdam Sənaye Zonasına təkliflərimiz olub. Ağdamlıların Bakıda, Sumqayıtda, Şamaxıda dəri işləmə yerləri var. Ağdamlılara dedik ki, bu biznesləri Ağdama aparaq. Onlar isə dedilər ki, əsas bizə Ağdamda yer təşkil edilsin, biz işlərimizi orda davam edək. Ağdamlılar dəriçilik üzrə çox gözəl bacarıqlara malikdilər. Dəriçilik yüksək əlavə dəyərə malikdir. Bu bölgədə heyvandarlıq, xalçaçılıq əsas istiqamətlərdir.

-Rusiya Ukrayna münaqişəsinə görə hazırda şirkətlərin vəziyyəti necədir?

-Birincisi, biz müharibə olmasını istəməzdik. Müharibənin heç bir strukturu biznes mühitinə müsbət təsir edə bilməz. Müharibə biznesə çoxlu sayda problem yaradır. Təəsssüf ki, hazırda müharibə davam edir. Çox arzu edirik ki, müharibə tezliklə dayansın. Bu müharibə iqtisadi cəhətdən dünyaya çox böyük bir böhran yaradıb. Məsələn, birinci elə taxıl böhranını qeyd edə bilərəm. 77 milyon ton Ukraynadan taxıl çıxarılıb, bu dünyanın lazım olduğu ehtiyacın 20%-i deyil. Müharibə dövründə bir sıra dövlətlərin ehtiyatları azalıb, yaxud da tükənib. Afrika ölkələri aclıqdan əziyyət çəkir.

-Bu müharibəyə görə dünyanın bütün strukturları dəyişir. Proses göstərir ki, problemlər bu gün ya da sabah düzəlməyəcək. Ukrayna üzərindən Rusiyaya maşınlarımız getmir. Polşa Ukrayna istiqamətindən yolu bağlayıb, bu istiqamətdə də maşınlarımız gedə bilmir. Hazırda 3 saata çatacağımız yerə 4 saata çata bilərik. Nəqliyyatın qiyməti artıb. Təchizat zənciri tamamilə dəyişib. Bunlar xırda problem kimi görünsə də əslində böyük bir problemdir. Məsələn, TIR 9 gün ərzində Moksvaya çatdırdısa hazırda 20 günə çatır. 20 gün çatmaq demək iki xərclərin artması deməkdir.

-Əvvəllər TIR-lar dolu gedib, dolu gəlirdilər. Rusiyada istehsal böyük idi, Avropa ölkələrinin də istehsalı var idi. Lakin sanksiyalara görə Rusiyada istehsal azalıb. 20-ə yaxın böyük istehsal şirkətləri Rusiyada fəaliyyətlərini tam dayandırdılar. Ona görə də müharibənin tez dayanmasını, sülhün, sabitliyin əldə edilməsini arzu edirik. Sülh olmasa, ticarət də olmur.

-Türkiyənin Azərbaycanın qida sektoru üzrə istehsala maraq göstərən şirkətləri varmı ?

-Bu istiqamətdə Türkiyə şirkətlərinin marağı var. Azərbaycanda istehsal edəndə MDB ölkələrinə rahat şəkildə məhsul satmaq mümkündür. Bununla yanaşı, Azərbaycanda Ələt Azad İqtisadi Zona tikilir və bir sıra Türkiyə şirkətlərinin marağı var. Bu, sahibkarlara xüsusi güzəştlər vəd edir.