Çeçenistanda dövlət rəmzlərindən xaçlar çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu, orden sahibi Adam Kadırovun təltifetmə mərasiminin videosunda diqqət çəkib.
Adam Kadırovun mükafatlandırıldığı videoda Rusiyanın gerbindən xaçlar yoxa çıxıb.
Sosial şəbəkə istifadəçiləri Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırovun mükafatlandırma mərasimindən olan kadrlarda qeyri-adi detala diqqət yetiriblər.
Arxa planda ənənəvi olaraq Rusiya gerbinin yerləşdiyi yerdə dövlətçilik rəmzləri – üç tac və iki xaç yoxdur.
Xuraman Etibarlı
İnterpress.az