Çeçenistanda polislərə hücumda öldürülən yeniyetmənin meyiti NÜMAYİŞ ETDİRİLDİ – VİDEObackend

Çeçenistanda polislərə hücumda öldürülən yeniyetmənin meyiti NÜMAYİŞ ETDİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanda polis əməkdaşlarına hücum edən öldürülmüş 17 yaşlı yeniyetmənin cəsədi gətirilərək şəhər meydanında hər kəsin görməsi üçün nümayiş etdirilib.

İnterpress.az xəbər verir ki, onun videosu internetdə yayılıb.

Çeçenistanda Kadırovun adamları polis postuna hücum edən yeniyetməni öldürüb, onun cəsədini meydanda nümayiş etdirib və insanları ora baxmağa çıxarıblar.

Bundan əlavə, Kadırov yeniyetmənin hərəkətlərinin guya “Türkiyədə müəyyən şəxslər və Ukrayna vətəndaşı” tərəfindən yönəldildiyinə inanır. O, öldürülən şəxsin ailəsinin əmlakını əlindən alacağı və onları respublikadan qovacağı ilə hədələyib.

Hücum aprelin 7-də baş verib. Axşam saatlarında yeniyetmə polis postuna yaxınlaşaraq iki polis əməkdaşına bıçaqla hücum edib, nəticədə onlardan biri ölüb.

Xuraman Etibarlı

İnterpress.az