Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub.
İnterpress.az bildirir ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Həsən Aftandil oğlu dostları ilə birlikdə çimmək üçün Uzuntəpə kəndi ərazisində yerləşən “Karyer” adlandırılan su bəndinə gediblər.
H.Şükürov birgə çimdiyi dostlarından bir az kənara üzüb. Bu zaman o su bəndində boğulub. Mərhumun meyiti yaxınlıqda yaşayan insanlar tərəfindən çıxarılıb.
O, Uzuntəpə kəndində nənəsinin himayəsində yaşayırmış.
Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report
***
15:29
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
İnterpress.az bildirir ki, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb.
Mərhumun meyiti sudan çıxarılıb.
Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.