Cəlilabadda noxud oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, Cəlilabad rayonu ərazisində yerləşən mağazalardan birindən 2000 manat dəyərində noxudun oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Hüseyn Əhmədov saxlanılıb.
Araşdırma aparılır./APA