“Çelsi”də həyəcan: Əsas heyətin dörd futbolçusu karantinə alındıbackend

“Çelsi”də həyəcan: Əsas heyətin dörd futbolçusu karantinə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Çelsi” klubunun dörd futbolçusu karantinə alınıb.

“The Sun”ın xəbərinə görə, bunlar ingiltərəli futbolçular – Meyson Maunt, Tami Abraham, kanadalı Fikayo Tomori və amerikalı Kristian Pulişiçdir.

Bu dörd futbolçu yeni mövsüm öncəsi istirahət məqsədilə Yunanıstanın Mikonos adasına gedib. Bu futbolçulardan ikisinin testi pozitiv çıxıb. Ona görə də hər dörd futbolçu ev şəraitində karantinə alınıb. Klubdan bu xəbər təsdiqlənməsə də, təkzib də olunmayıb.

Qeyd edək ki, Meyson Maunt və Tami Abrahamın adları İngiltərə millisinə çağırılan 24 nəfərlik heyətdə var. İngiltərə millisinin UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də İslandiya və sentyabrın 8-də Danimarka ilə səfər oyunları var.

 

İnterpress.az