Çempionlar Liqası: Mahir Emrelinin komandası ilə “Trabzonspor” uduzdu – VİDEObackend

Çempionlar Liqası: Mahir Emrelinin komandası ilə “Trabzonspor” uduzdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

İlk oyun günündə üç qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Budyo Qlimt”in qonağı olub. Zədəsini sağaldan 25 yaşlı hücumçu görüşün 69-cu dəqiqəsində meydana çıxıb. Lakin nə həmyerlimiz, nə də komandanın digər üzvləri Xorvatiya təmsilçisini məğlubiyyətdən xilas edə bilməyib – 1:0. Xatırladaq ki, Mahir ötən il Polşa “Legiya”sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. “Bordo-mavilər” səfər matçında qapılarında iki top görüb, lakin onlardan birinin əvəzini çıxmağı bacarıblar – 2:1

Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubunu sınağa çəkib. Gərgin keçən qarşılaşma 2:2 hesablı “sülh”lə bitib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

“Budö Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0

“Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə) 2:1

“Reyncers” (Şotlandiya) – PSV (Niderland) 2:2

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustun 17-də baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.