Cənubi Koreya qırıcısı səhvən 8 bombanı yaşayış məntəqəsinə atdı – “Yonhap” – VİDEObackend

Cənubi Koreya qırıcısı səhvən 8 bombanı yaşayış məntəqəsinə atdı – “Yonhap” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın KF-16 qırıcısı səhvən 8 MK-82 bombasını sınaq meydançasından kənara atıb. 

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Nəşr yazır ki, Poçeon şəhərində yaşayış məntəqəsinə bombalar düşüb, nəticədə 7 nəfər yaralanıb.

Dördünün vəziyyəti ağırdır. Həmçinin bir neçə yaşayış binasına və kilsəyə ziyan dəyib.

Poşeon Seuldan təxminən 40 kilometr aralıda, Şimali Koreya ilə sərhəddə yerləşir.

Partlayışların Cənubi Koreya və ABŞ-nin birgə təlimləri zamanı baş verdiyi ehtimal edilir.

Xuraman Etibarlı

İnterpress.az