Cənubi Koreya Şimali Koreyaya cavab olaraq Ukraynaya hərbi və kəşfiyyat zabitlərini GÖNDƏRƏCƏKbackend

Cənubi Koreya Şimali Koreyaya cavab olaraq Ukraynaya hərbi və kəşfiyyat zabitlərini GÖNDƏRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyaya cavab olaraq Ukraynaya hərbi və kəşfiyyat zabitlərini göndərə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. Bildirilir ki, Cənubi Koreya Şimali Koreyanın Rusiyaya döyüşçülərini göndərməsinə cavab olaraq Ukraynaya hərbi və kəşfiyyat zabitlərini göndərə bilər.

Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Şimali Koreyalıları əsir götürərsə, Ukraynadakı Cənubi Koreya hərbçiləri onları dindirəcək və tərcümədə köməklik edəcək.

Onlar həmçinin KPV hərbi taktikası və əməliyyatları haqqında biliklərini ukraynalılarla bölüşəcəklər.

Xuraman Etibarlı

İnterpress.az