Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Yaponiyanın “mübahisəli Dokdo/Takeşima adaları”na hüquqlarını yenidən tələb etməsinə “qətiyyətlə” etiraz edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nazirliyin sözçüsü Lim Soo-suk, Yaponiya xarici işlər naziri Kamikava Yokonun builki xarici siyasət hədəfləri ilə bağlı çıxışında ölkəsinin sözügedən adalarla bağlı iddiasını təkrarlaması ilə bağlı açıqlama verib.
Lim Yaponiyanın “mübahisəli Dokdo/Takeşima adaları” üzərindəki hüquqları yenidən tələb etməsinə “qətiyyətlə” etiraz edib və Yaponiyanı dərhal bəyanatı geri götürməyə çağırıb.
Cənubi Koreyanın “Dokdo”, yaponların “Takeşima” adlandırdığı bölgə uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olub.
Cənubi Koreya 1954-cü ildən bəri nəzarəti altında olan və ümumi sahəsi 0,2 kvadrat kilometr olan ərazilərə təhlükəsizlik işçiləri yerləşdirib.