Cənubi Koreyanın keçmiş prezidenti 5 il müddətinə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap News” məlumat yayıb.
Cənubi Koreya məhkəməsi ölkənin keçmiş prezidenti Yun Sok Yol barəsində hökm çıxarıb.
Sabiq dövlət başçısı həbsə mane olmaq ittihamı ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı barədə məlumatı yerli telekanal yayıb.
Xuraman Etibarlı
İnterpress.az






