Ceyhun Bayramovdan Ermənistana SƏRT XƏBƏRDARLIQ: “Cavab verəcəyik”backend

Ceyhun Bayramovdan Ermənistana SƏRT XƏBƏRDARLIQ: “Cavab verəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı son təxribatı barədə “Anadolu” agentliyinə açıqlama verib.

O, regionda sabitliyin və inkişafın təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın konstruktiv mesajlarını xatırladıb.

“İki liderin bu mesajları son dərəcə vacibdir. Ermənistanın sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bu mesajlara necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə İrəvan administrasiyasından asılıdır. Bu, indi Ermənistan siyasətinin üzərinə düşən məsələdir. Ümid edirik ki, bu, düzgün seçimdir.

Təəssüf ki, biz hələ də Ermənistanın revanşist bəyanatlarının şahidi oluruq. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli bəyanatlardır. Biz erməni siyasətçiləri daha ağıllı və daha məsuliyyətli hərəkət etməyə çağırırıq.

Əgər hiss etsək ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməyib, Azərbaycana qarşı hansısa təhlükəli addım atarsa, biz cavab verəcəyik. Bizim seçimimiz regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsidir”, – deyə o qeyd edib.