Çin 10 günə nəhəng xəstəxana İNŞA ETDİ – VİDEObackend

Çin 10 günə nəhəng xəstəxana İNŞA ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 10 günə tikdiyi xəstəxana ilə dünyanı heyrətləndirib.

İnterpress.az xəbər verir ki, Çin COVID-19 pandemiyasının ilk dövründə sanitariya böhranı ilə mübarizə məqsədilə rekord qısa müddətdə inşa etdiyi Huoşenşan Xəstəxanası ilə dünya gündəminə düşmüşdü.

Xəstəxananın tikintisində 7 mindən çox işçi iştirak edib. Tikinti işləri gecə-gündüz fasiləsiz davam etdirilib və tibb kompleksi cəmi 10 gün ərzində istifadəyə verilib.

Huoşenşan Xəstəxanası Çinin fövqəladə vəziyyətlərdə sürətli infrastruktur qurmaq imkanlarını nümayiş etdirən ən mühüm layihələrdən biri hesab olunur.

Xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün xüsusi olaraq inşa edilmişdi.

Xuraman Etibarlı

İnterpress.az