Çin “Boeing” təyyarələrinin alınması ilə bağlı qadağanı ARADAN QALDIRDIbackend

Çin “Boeing” təyyarələrinin alınması ilə bağlı qadağanı ARADAN QALDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınması ilə bağlı qadağanı aradan qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Çin aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınması ilə bağlı qadağanı aradan qaldırıb. Bu qərar ABŞ ilə tariflərlə bağlı son danışıqlardan sonra qəbul edilib.

Boeing təyyarələrinin Çinə tədarükünə qadağa aprel ayında ABŞ-nin tarifləri 145% artırması ilə qoyulmuşdu. Aviaşirkətlər sifariş etdikləri təyyarələrin bir hissəsini geri qaytarmaq məcburiyyətində qalıblar.

Ölkələr qarşılıqlı tarifləri azaltmağa razılaşdıqları üçün tədbir ləğv edilib.

“Pekin və Vaşinqton ticarət müharibəsi və tarifləri azaltmaq barədə razılığa gəldikdən sonra Çin “Boeing” təyyarələrinin tədarükünü qəbul edən aviaşirkətlərə qoyulan qadağanı ləğv edib”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az