Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə dənizdən 4 peyk buraxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sinxua agentliyinin xəbərinə görə, Şandun əyalətinin Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında üzən platformadan “Tienqi” sinifli 4 internet rabitə peyki orbitə buraxılıb. Bu, CERES-1 raketi ilə 9-cu və dənizdən ilk buraxılış idi.
Aşağı Yer Orbitinə göndərilən Tienchi-21, 22, 23 və 24 peykləri “əşyaların interneti” adlanan sistemlər üçün qlobal məlumat xidmətləri təqdim edəcək.
Guodian Gaoke şirkəti tərəfindən hazırlanmış peyklərlə yaradılacaq 38 parçalı bürc peyk şəbəkəsinin 2024-cü ildə fəaliyyətə başlaması hədəflənir.