Çin hökumət qurumlarına Apple şirkətinin iPhone və digər xarici brend cihazlarından biznes məqsədləri üçün istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib.
Bu barədə “İnterpress.az” xarici mediaya istinadən xəbər verir.
Mövzuya yaxın mənbələrə əsaslanan Wall Street Journal xəbərinə görə, iPhone və digər xarici markalı cihazlardan istifadə qadağanı ötən həftələrdə yüksək səviyyəli menecerlər tərəfindən işçilərinə gətirilib.
Hesabatda Apple-dan başqa digər telefon istehsalçılarının adları yer almayıb.
Qadağa qərarı Apple-ın gələn həftə iPhone-ların yeni modellərinin təqdim ediləcəyi tədbirdən əvvəl qəbul edilib. Bu qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətləri narahat edə bilər.
Son illərdə Çin məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdıqca şirkətlər üçün yeni qanunlar və qaydalar çıxarmağa başlayıb.