Çin yenidən karantin rejiminə qayıdıbbackend

Çin yenidən karantin rejiminə qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində bu həftə ərzində koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi açıqlayıb.

Belə ki, fevralın əvvəlində ölkədə bir neçə yoluxma halı qeydə alındığı bir zamanda, martın 15-i 5100-dən çox yoluxma aşkar olunub. Qeyd olunur ki, hazırda virus koronavirusun daha az yoluxucu variantlarının əvvəlki dalğalarından daha sürətlə yayılır.

Yoluxma halları isə paytaxt Pekin və Şanxay, Şençjen kimi böyük şəhərlər daxil olmaqla ölkənin 21 əyalət və bələdiyyəsində qeydə alınıb.

Hazırda 37 milyondan çox sakinin yaşadığı 5 şəhər müxtəlif dərəcəli karantin rejimindədir. Çançun, Çzilin, Şençjen və Dunquan şəhərlərində vacib və təcili yardım xidmətlərinin işçiləri istisna olmaqla, sakinlərə ərazilərini tərk etmək qadağan edilib. Bununla yanaşı, hər evdən yalnız bir nəfərə iki-üç gündən bir ərzaq məhsulları almaq üçün çıxmağa icazə verilir.

Lanqfanq şəhərində isə bütün sakinlərə fövqəladə vəziyyətlər istisna olmaqla, evlərini tərk etmək qadağan olunub.

Bu şəhərlərdən bəzilərində ictimai nəqliyyat və restoranların işi dayandırılıb, məktəblər bağlanıb və bütün əhalinin kütləvi olaraq koronavirus testindən keçirilməsinin bir neçə mərhələsi həyata keçirilir.