Çində kobralar da daxil olmaqla yüzlərlə ilan yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mediası məlumat yayıb.
Çinin Quansi-Çjuan Muxtar Rayonunda baş verən güclü daşqın nəticəsində ilan fermasından təxminən 900 ilan qaçıb.
Məlumata görə, tayfunun təsiri ilə yerli su anbarının bəndi dağılıb, sel suları Yunbyao qəsəbəsində yerləşən ilan fermasını yararsız hala salıb.
Nəticədə fermadakı sürünənlərin böyük əksəriyyəti ətrafa yayılıb.
Bildirilir ki, qaçan ilanların əksəriyyəti zəhərsiz olsa da, onların arasında kobralar da var.
Hadisə nəticəsində kənd sakinlərindən biri ilan sancması ilə xəstəxanaya yerləşdirilib və ona təcili tibbi yardım göstərilir.
Çin hakimiyyəti təhlükəsizlik məqsədilə bölgədən təxminən 54 min nəfəri təxliyə edib.
Son məlumata əsasən, daşqınlar nəticəsində azı dörd nəfər ölüb, daha səkkiz nəfər isə itkin düşmüş hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






