Çin Şimali Koreyanın nüvə sınaqlarını tədqiq edən amerikalı seysmoloqu casusluqda ittiham edir.
İnterpress.аz xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Çin Şimali Koreyanın nüvə sınaqlarının aşkarlanması ilə bağlı ABŞ-ın maliyyə dəstəyi ilə araşdırmalar dərc edən Çin mənşəli amerikalı seysmoloq Yulin Çeni saxlayıb.
Artıq iki ilə yaxındır ki, Çində həbsdə olan Çen tezliklə casusluq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
ABŞ dövlət katibi Rubio martın 19-da 54 yaşlı alimin “qanunsuz saxlanıldığını” elan edərək, onun azad edilməsini ABŞ-ın prioritet vəzifələrindən biri adlandırıb.
2011-ci ildə ABŞ vətəndaşlığı alan və Massaçusets ştatının Boston şəhərində yaşayan Çen hazırda Çində saxlanılan və rəsmən qanunsuz həbs edilmiş kimi tanınan yeganə Amerika vətəndaşıdır.
Xuraman Etibarlı
İnterpress.аz






