Çinin partlayış: ölən və yaralananlar varbackend

Çinin partlayış: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Liaoninq əyalətində binada partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 33 nəfər yaralanıb. Partlayışa  təbii qazın səbəb olduğu ehtimal edilir.  Yerli mətbuatın yazdığına görə, əyalətin paytaxtı Xinyangda  restoranda baş verən partlayış nəticəsində 33 -dan çox adam yaralanıb.

 Səhər saatlarında qeydə alınan partlayışdan sonra restoranın yerləşdiyi 3 mərtəbəli binaya və park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Xilasetmə işləri üçün hadisə yerinə 100 -dən çox yanğınsöndürən göndərilib. Faktla bağlı araşdırma aparılır.