Çinli jurnalistlər gözlənilmədən ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri ilə süjet çəkiblər. Onlar Rusiya mövqelərinin atəşə tutulmasında iştirak ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Çinin “Phoenix TV” telekanalının müxbirləri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Rusiya qoşunlarına raketlər “atıblar”, – media yazıb.
Bu kanalın nümayəndələri ilk dəfədir ki, Ukrayna ordusu ilə işləyirlər – əvvəllər onlar yalnız ruslarla süjetlər çəkirdilər.
Belə görünür ki, Pekin Moskvanın Vaşinqtonla yaxınlaşmasına o qədər də sevinmir.
Xuraman Etibarlı
İnterpress.az