Çörək və makaronda TƏHLÜKƏ daşıyan maddələr aşkarlandı – ARAŞDIRMAbackend

Çörək və makaronda TƏHLÜKƏ daşıyan maddələr AŞKARLANDI – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 Avropa ölkəsindən götürülmüş 65 nümunənin 81,5%-də bu təhlükəli maddə aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Pesticide Action Network Europe” məlumat yayıb.

Avropa ölkələrində satılan taxıl məhsullarında yüksək səviyyədə toksik kimyəvi maddələr aşkar edilib. Trifloroasetik turşuya makaron, kruasan, çörək, un və şirniyyatlarda da rast gəlinib.

Tədqiqatçılar qeyd edir ki, bu məhsullarda PFAS tərkibli pestisidlərin torpaqda parçalanması nəticəsində yaranan trifloroasetik turşu tapılıb.

Nümunələrdəki orta konsentrasiya kran suyunda rast gəlinən göstəricilərdən 100 dəfə yüksəkdir. Bu maddələrin təbiətdə parçalanması yüzlərlə il çəkir.

Onlar insan sağlamlığına, xüsusilə reproduktiv funksiyaya, qaraciyər və qalxanabənzər vəziyə ciddi zərər vura bilər.

Ekspertlər ölkələri bu pestisidləri dərhal qadağan etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az