COVID xəstəsi mağazada tutuldu – FOTObackend

COVID xəstəsi mağazada tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Masallıda aktiv koronavirus xəstəsi ərzaq mağazasında aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Masallı rayonunun Həsənli kənd sakini Ravi Alışova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

 

 

İnterpress.az