Dağ yolunda BƏBİR HÜCUMU: Gənc qızın üzü TANINMAZ HALA DÜŞDÜ – VİDEObackend

Dağ yolunda BƏBİR HÜCUMU: Gənc qızın üzü TANINMAZ HALA DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində qar bəbirini sığallamaq istəyən qızın üzü tanınmaz hala düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çində xizək kurortundan qayıdan bir qadın yol kənarında nadir rast gəlinən qar bəbirini görüb. Təhlükəyə məhəl qoymayan qadın ərazidən uzaqlaşmaq əvəzinə, yırtıcı heyvanla şəkil çəkdirmək üçün dayanıb.

Yırtıcı heyvan əvvəlcə özünü sakit aparsa da, ehtiyatı əldən verən qadın əlini ona tərəf uzadaraq bəbiri sığallamaq istəyib.

Heyvanın reaksiyası ani və sarsıdıcı olub: bəbir dərhal qadının üzərinə atılaraq onun başından yapışıb və üz nahiyəsini ciddi şəkildə parçalayıb.

Hadisə yerində olanların köməkliyi ilə qadını xilas etmək mümkün olsa da, yırtıcı onun üzünü eybəcər hala salıb.

Hazırda zərərçəkmişin vəziyyəti stabildir, lakin onu qarşıda bir neçə mərhələdən ibarət ağır və mürəkkəb plastik əməliyyatlar gözləyir.

Xuraman Etibarlı

İnterpress.az