Dağıstanda narkotik alveri ilə məşğul olan 5 azərbaycanlı saxlanıləb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dağıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları ifşa edilib.
Beş nəfər Azərbaycan sakini qrup halında birləşərək Dağıstan ərazisində narkotiklərin təmassız yolla satışı üzrə “biznes” qurublar.
Məlumata görə, 41, 36 və 28 yaşlı kişilər öz aralarında rolları bölüşdürərək Mahaçqala, Xasavyurt və Qarabudaqkənd rayonlarında narkotik bağlamalarını gizli yerlərə (zakladka) yerləşdiriblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qrupun üç üzvü Xasavyurtda saxlanılıb və onlardan metadon aşkar edilib.
Digər iki nəfər isə Mahaçqalada tutulub, onların üzərindən mefedron tapılıb.
Xuraman Etibarlı
İnterpress.az






