“Daha bir təcrübə qazandım” – Cəlal Qurbanovbackend

“Daha bir təcrübə qazandım” – Cəlal Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Milli Güləş Federasiyasının prezidenti, nəğməkar-şair Cəlal Qurbanov aprelin 6-da sahibkar Fəhmin Əlizadəni döymüşdü.

İnterpress.az xəbər verir kihadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınmışdı. Məsələ ilə bağlı Cəlal Qurbanov sosial şəbəkədə paylaşım edərək onun üçün narahat olanlara təşəkkürünü bildirib:

“Bəzən insan ağlına belə gətirmədiyi, gözləmədiyi vəziyyətlərlə rastlaşır. Son günlərdə bunun bir daha şahidi oldum. Şükür ki, çox keçmədi səbrimin, imanımın bəhrəsini də gördüm. Həmd olsun! Mənə görə narahat olan, dəstək olan, dualarını əsirgəməyən, hətta bu vəziyyəti öz xeyrinə istifadə edənlərə belə təşəkkür edirəm. Sayənizdə daha bir təcrübə qazandım. Unutmayaq ki, uca Allah ədalətlidir”.

Qeyd edək ki, Fəhmin Əlizadə anlaşılmazlıq nəticəsində yaşanan hadisədən sonra C.Qurbanovla barışdığını bildirib.