Danimarkada yaşayan məşhur azərbaycanlı vəfat etdibackend

Danimarkada yaşayan məşhur azərbaycanlı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan diasporuna ağır itki üz verib.

İnterpress.az xəbər verir ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi vəfat edib.

O, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Sadiqi 1957-ci il mayın 12-də Bakı şəhərində əslən Cənubi Azərbaycanın Sərab mahalından olan Məmi Sadiqinin ailəsində dünyaya gəlib.

O, 2001-ci ildən Danimarkada yaşayırdı.

Allah rəhmət eləsin!