Türkiyədə dəfn mərasiminə gedən şəxslər yol qəzasına düşüblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çorumun Osmancık rayonunda təkəri partlayan mikroavtobusun aşaraq baryerlərə çırpılması nəticəsində biri uşaq olmaqla 10 nəfər yaralanıb.
Bir qohumunun dəfn mərasimi üçün Ərzurumdan Kocaeliyə insanları aparan Kuddüs Bayraktarın idarə etdiyi mikroavtobus sol arxa təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb.
Yol kənarındakı baryerlərə çırpılaraq dayanan mikroavtobusda biri uşaq olmaqla 10 nəfər xəsarət alıb.
Xəbər verildikdən sonra bölgəyə çoxlu polis və sağlamlıq qrupu sövq edilib. Yaralılar mikroavtobusdan çıxarılaraq təcili tibbi yardım maşını ilə Osmancık Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalar davam edir.