Dehli polisi G20 sammiti ərəfəsində saxta bomba xəbəri yayan şəxsi saxlayıbbackend

Dehli polisi G20 sammiti ərəfəsində saxta bomba xəbəri yayan şəxsi saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan paytaxtı Dehlinin Milli Paytaxt Dairəsi polisi yerli sakini “Böyük iyirmiliy”in (G20) keçiriləcəyi məkana bomba və silahla gedən adam görməsi ilə bağlı yalan məlumat verdiyinə görə saxlayıb.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

“Dərhal hərəkətə keçən polis şübhəli şəxsi müəyyənləşdirib və onu yalan məlumat yaydığı üçün saxlayıb”, – paytaxt polisinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Hadisə cümə günü baş verib. Bholsva Deyri rayonunun 21 yaşlı sakini Kuldip Sah sosial şəbəkədə G20 sammitinin keçiriləcəyi məkan – Praqati Maydan sərgi kompleksi istiqamətində silah və partlayıcı daşıyan avtorikşa sürücüsü gördüyünü yazıb.

Polis avtorikşa sürücüsünü tapanda məlum olub ki, nəqliyyat vasitəsi onun qardaşına məxsusdur və yalan xəbər yayan şəxslə onun arasında parklanma yerinə görə mübahisə yaşanıb. Polis avtorikşaya baxış keçirib və şübhəli heç nə aşkar etməyib.