DƏHŞƏTLİ CİNAYƏT: Arvadı sığınacağa qaçan kişi onun rəfiqəsini girov götürərək ÖLDÜRDÜbackend

DƏHŞƏTLİ CİNAYƏT: Arvadı sığınacağa qaçan kişi onun rəfiqəsini girov götürərək ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda arvadını tapa bilməyən şəxs onun rəfiqəsini girov götürərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın İrkutsk şəhərində məişət zorakılığı qanlı faciə ilə nəticələnib.

Məlumata görə, bir qadın ərinin mütəmadi döyülmələrinə, bıçaqlı hücumlarına və təhqirlərinə dözməyərək 7 yaşlı oğlu ilə birlikdə qadın sığınacağına qaçıb.

Sığınacaq əməkdaşları hadisə ilə bağlı polisə məlumat verdikdən sonra qəzəblənən ər qisas almaq qərarına gəlib.

Həyat yoldaşını tapmaq üçün sığınacağın qarşısında pusqu quran kişi, onu görə bilməyincə qarşısına çıxan ilk qadını — həyat yoldaşının rəfiqəsi və sığınacağın digər sakini olan şəxsi hədə-qorxu ilə öz evinə aparıb.

Hadisə yerinə 50-dən çox güc strukturu əməkdaşı cəlb olunub. Saatlarla davam edən danışıqlar heç bir nəticə verməyib.

Gecə saat 02:30 radələrində təslim olan kişi girov saxladığı qadını boğaraq öldürdüyünü etiraf edib.

Hazırda şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır. Qətlə yetirilən qadının iki azyaşlı qızı yetim qalıb.

Xuraman Etibarlı

İnterpress.az