On yaşlı əlil qız xəstəxanada radiatorun üzərinə yıxılaraq bütün gecəni onun üstündə qalıb və dəhşətli yanıqlar alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Kalininqradda əlil qız xəstəxanada radiatorun üzərinə yıxılaraq bütün gecəni onun üstündə yatdıqdan sonra dəhşətli yanıqlar alıb.
Həkimlər dəhşətli mənzərəni yalnız səhər saatlarında gəzərkən görüblər.
10 yaşlı xəstə təcili olaraq yanıq şöbəsinə köçürülüb, o, reanimasiyadadır.
Hazırda uşağın vəziyyəti son dərəcə ağırdır. O, 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
Həkimlər zərərçəkmişə lazım olan bütün yardımları göstərirlər.
Rusiya Federasiyasının İstintaq Komitəsi həkimlərin səhlənkarlığı ilə bağlı cinayət işi açıldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az