Deputat ərzaq qiymətlərinin qalxmasından şikayət edənləri “axmaq” ADLANDIRDIbackend

Deputat ərzaq qiymətlərinin qalxmasından şikayət edənləri “axmaq” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat sosial şəbəkədə ona ərzaq qiymətlərinin qalxmasından şikayət edən abunəçiləri “axmaq” adlandırıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Vahid Rusiya”dan olan Mari El deputatı Andrey Sakoviç VKontakte-də ona ərzaq qiymətlərinin qalxmasından şikayət edən abunəçilərlə əlaqə saxlayıb.

O, xüsusən də onların şərhlərini “axmaqlıq” adlandırıb, “arsız” sözündən istifadə edib və “başını divara döyməyi” tövsiyə edib.

“Vahid Rusiya”nın regional bölməsindən bildirilib ki, bu işlə bağlı onlara vətəndaşlardan iki müraciət daxil olub, bundan sonra müstəqil linqvistik qiymətləndirmə aparılıb.

Və alınan nəticələr:

A.Sakoviçin açıqlamaları təhqir deyil, şəxsiyyətin şərəf və ləyaqətini alçaldan deyil və fərdin “alçaldıcı xüsusiyyətləri” deyil.

Bu qənaətə əsasən, Sakoviç partiya sanksiyalarına məruz qalmayıb. Lakin sosial şəbəkələrdə nalayiq davranışların qarşısını almaq üçün Mari Eldə partiya deputatları ilə “maarifləndirici tədbirlər” keçirilib.

Xuraman Etibarlı

İnterpress.az