“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Şuşaya və işğaldan azad edilmiş digər bölgələrə səfərlər təşkil etməsi uğurlu addımdır. Mən iş, fəaliyyət olaraq bu addımları normal qəbul edirəm. Diaspora təmsilçilərinin işğaldan azad edilən bölgələrə səfəri vacibdir. Məsələyə ictimai əhəmiyyət prizmasından qiymət vermək lazımdır”.
Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Diasporla İş üzrə Dövlər Komitəsinin işğaldan azad edilən ərazilərə səfər təşkil etməsinin əhəmiyyətinə toxunan deputat bu məsələdə komitəni və sədrini hədəf alanların tənqidinin əsassız olduğunu bildirib:
“Hər bir tənqidin əsası olmalıdır, lakin mən bu məsələdə əsaslı fikirlərin şahidi olmuram. İşğaldan azad edilmiş ərazilərə səfər edən nümayəndələr orda gördüklərini, yaşanılanları getdiyi ölkələrdə müəyyən qədər təbliğ etməyə çalışır. Tənqid edənlər əsas gətirməlidir ki, ora səfər edən şəxslərdən nəyi təbliğ etmək tələb olunur ki, həmin nümayəndələr onu etməyiblər, bu səbəblə komitə tənqid olunur. Ona görə də, tənqidin obyektiv olmasına fikir verməliyik. Yəqin ki, müəyyən şəxslər bu səfərlərdə yer almadıqlarına görə bu cür tənqid yolunu seçirlər. İşğaldan azad edilmiş ərazilərə səfərləri insanlar fərqli qarşılayır, bu səfərlərdə yer almayanlar narazılıq edir, əsassız fikirlər səsləndirirlər. Xatırlayırsızsa, Şuşada “Xarıbülbül” musiqi festivalı zamanı da gedə bilməyən xeyli şəxs narazı qaldı və bunu bildirdi. Qısacası, hər kəsin getmək imkanı olmayanda narazılıqların olması gözləniləndir, lakin tənqiddən söhbət gedirsə, daha əsaslı fikirlər səsləndirilməlidir”.
Komitə tərəfindən səfərlərin təşkilinin faydalı olduğunu qeyd edən deputat tənqidlərin şəxsi mənafeyə söykəndiyini qeyd edib: