Deputat Qrenlandiyanı dəstəklədiyinə görə polis bölməsinə ÇAĞIRILDI – FOTObackend

Deputat Qrenlandiyanı dəstəklədiyinə görə polis bölməsinə ÇAĞIRILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzlu suda Qrenlandiyaya dəstək verən deputat polisə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çuvaşiyadan olan deputat Qrenlandiyaya dəstək nümayiş etdirdiyi üçün polisə çağırılıb.

Yerli Dövlət Şurasının deputatı və Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) respublika şöbəsinin rəhbəri Aleksandr Andreyev orijinal aksiya keçirib.

O, xaç suyuna salınma mərasimi üçün nəzərdə tutulan buzlu hovuza girərək orada piket təşkil edib.

Deputat bu addımı ilə “Amerika imperializminə qarşı mübarizədə eskimosların zəhmətkeş kütlələri ilə həmrəyliyini” göstərmək istədiyini bildirib. Lakin Daxili İşlər Nazirliyi onun bu təşəbbüsünü və “dost Tramp”a qarşı çıxmasını müsbət qarşılamayıb.

Andreyevin sözlərinə görə, ona polisdən zəng gəlib və Çeboksarıdakı şöbəyə izahat vermək üçün dəvət edilib.

Deputat öz aksiyasında heç bir qanunsuzluq və ya hörmətsizlik görmədiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az