DeSantis yəhudi institutlarını müdafiə edən qanun layihəsini imzalayıbbackend

DeSantis yəhudi institutlarını müdafiə edən qanun layihəsini imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Florida ştatının qubernatoru Ron DeSantis İrana qarşı sanksiyaları artıran və yəhudi institutlarını qoruyan qanun layihəsini təsdiqləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. DeSantis yəhudi institutlarının və bir sıra digər qurumların təhlükəsizliyini təmin etmək üçün 45 milyon dollar qrant nəzərdə tutan qanun layihəsini imzalayıb.

Qanun layihəsində iranlılarla iş aparan şirkətlərə qarşı hazırda qüvvədə olan sanksiyaların gücləndirilməsi də nəzərdə tutulur.

DeSantis, həmçinin əlilliyi olan tələbələrə vergilər hesabına özəl məktəblərə getməyə icazə verən qanunun əhatə dairəsini genişləndirən tədbirləri də təsdiqləyib.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Florida qubernatoru DeSantis Fələstin tərəfdarı olan “Fələstində Ədalət Uğrunda Tələbələr” qrupunun kampuslara girişini qadağan etmək qərarına gəlib.

DeSantis ABŞ-ın Qəzzadan olan qaçqınları qəbul edə bilməyəcəyini və gələcək qaçqınların “ərəb ölkələri” tərəfindən qəbul edilməli olduğunu iddia etmişdi.