Dorğu olan FAKTLARIN REALLIĞI: İran ordusu Azərbaycan hərbçilərinin qarşısını kəsib?backend

Dorğu olan FAKTLARIN REALLIĞI: İran ordusu Azərbaycan hərbçilərinin qarşısını kəsib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Xudafərin su anbarının mühafizəsini təşkil etmək üçün Azərbaycan ərazisinə keçmişdi. Müharibə zamanı ordumuz bununla qarşılaşdı. Buna görə də, yolu dəyişməli oldu. Daha sonra İran həmin ərazini Azərbaycana təhvil verdi”.

Bunu İran ordusunun Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olması, Azərbaycan hərbçilərinin qarşısını kəsməsi iddiasının reallığını izah edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a deyib.

Hərbi ekspert bildirib ki, sadalanan faktlar doğrudur, reallıq isə fərqli:

“Reallığı bilməyən şəxslər bunu Azərbaycan-İran münasibətlərinin pozulması fonunda şərh edirlər. Zəngilan ərazisində Cəbrayılın çıxışında Xudafərin su anbarı var. Azərbaycanla İranın razılığı əsasında həmin su anbarı tikilib. Xudafərin su anbarının bütün perimetri çəpərlənmişdi. O çəpərlənməni də ərazi işğalda olduğu üçün İran mühafizəyə götürmüşdü. Təbii ki, o çəpərlər, beton piltələr, dəmir setkalar Cəbrayılda da var. Xudafərin su ambarını İran çox güman ki, ikinci, üçüncü qüvvədən qorumaq üçün mühafizə sistemi qurub.

Müharibə vaxtı Azərbaycan ordusu irəliləyəndə gedib-görüb ki, Azərbaycan ərazisində iranlılar durub. Hücum edən qruplaşmanın yolu o güzərgahın üstündən keçirdi. Azərbaycan ordusu Arazboyu irəliləyəndə İran tərəfinin qurduğu mühafizə sistemi və hərbiləşdirilmiş mühafizəçiləri ilə qarşılaşıblar. O ərazinin coğrafi olaraq kofiqurafiyası elədir ki, ora dirənib, onun üzərindən keçmək olmur. Geriyə qayıdıb, Cəbrayıl-Zəngilan yoluna çıxıb davam etmək lazımdır. Onun üzərindən keçmək üçün silahlı münaqişə baş verməli idi. Birdən-birə müharibənin gedişatında üzə çıxan bir məsələ olduğu üçün o istiqamətdə irəliləyən qüvvələr yolun güzərgahının davamını etmək üçün geri çəkiliblər, Ağbəndə qədər gedib çatıblar. Ora işğaldan azad ediləndən sonra Azərbaycan tərəfi bildirib ki, biz burdayıqsa, sərhəddimizi özümüz bərpa etməli və qorumalıyıq. Danışıqlardan sonra İran mühafizə olunan bölgəni Azərbaycanın sərhəd qoşunlarına təhvil verib. Həmin su anbarının yanında sərhəd zastavası var və sərhədçilərimiz oranın mühafizəsini təşkil edir. İranın hərbçilərini (mühafizəçilərini) ora yeritməsi dövründə o torpaqlar işğalda idi. Azərbaycan ərazini işaldan azad etdikdən sonra İran müqaviləyə əsasən çəkilməli idi və çəkildi də. Bu proses həll olunub”.

Elxan Şıxəliyev qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin gərgin olduğu bir dönəmdə reallığı əks etdirməyən informasiyanın yayılması yanğının üzərinə benzin tökmək effekti verir:

“O dövr üçün İranın orda mühafizə qurması keçərli idi. Çünki obyekt qorunmalı idi. Orada heç bir silahlı insident baş verməyib. Azərbaycan-İran münasibətlərinin gərginləşməsini istəyən tərəflər bundan istifadə ediblər”.