Dövlət Duması: Bütün Baltikyanı region Rusiyaya məxsusdurbackend

Dövlət Duması: Bütün Baltikyanı region Rusiyaya məxsusdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Duması bütün Baltikyanı regionu Rusiyaya məxsus hesab edir.

İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı deputat Aleksey Juravlyov RİA Novosti-yə bildirib.

“İkinci Dünya Müharibəsinin nəticələrinə Kalininqrada iddialarını bildirən Litva prezidentinin məntiqini rəhbər tutsaq, o zaman bütün Baltikyanı region Rusiyaya məxsus olmalıdır. O cümlədən, 1795-ci ildən Rusiya İmperiyasının Vilna qubernatorluğunun paytaxtı olan Vilna – indiki Vilnüs”, – Juravlyov deyib.

Onun fikrincə, Rusiya Kalininqrad vilayəti üçün təchizat təşkil etməyə imkan verən Suvalki dəhlizindən faydalana bilər.

Bunun fonunda Juravlyov Vilnusu ağzını yummağa çağırıb.

Deputat qeyd edib ki, Litva ordusu dünyada ən zəif ordulardan biridir və Rusiya ilə qarşıdurmada bir gün belə davam etməyəcək.

Xuraman Etibarlı

İnterpress.az